İdeya mərhələsi
Gözləmə siyahısı açıqdır. İlk oxucuları toplayırıq.
Oxuduğun kitabları qeyd et, rəy və sitat paylaş, növbəti kitabını oxucuların tövsiyəsi ilə seç və elə buradan sifariş et.
Azərbaycanda oxucuların bir araya gəldiyi yerli platforma yoxdur. Tövsiyələr dağınıqdır, rəylər müxtəlif dillərdə, müxtəlif yerlərdə qalır. Kitab almaq isə regionlarda hələ də çətindir.
“Məndə sığar iki cahan, mən bu cahana sığmazam.”
“Yaxşı kitabları oxumaq keçmiş əsrlərin ən layiqli insanları ilə söhbət etmək kimidir.”
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə öz tərzində bədbəxtdir.”
“Yalnız ürək ayıq görür. Ən vacib olanı gözlə görmək olmaz.”
“Dünyanı gözəllik xilas edəcək.”
“Mən həmişə cənnəti bir növ kitabxana kimi təsəvvür etmişəm.”
Üç addım
Kitabı tapmaqdan onu əlinə almağa qədər hər şey bir platformada.
Oxuduğun, hazırda oxuduğun və oxumaq istədiyin kitabları öz rəfinə əlavə et. Oxu tarixçən həmişə səninlədir.
Rəy yaz, sevdiyin sitatı paylaş, zövqünə yaxın oxucuları izlə və onların tövsiyələrini kəşf et.
Bəyəndiyin kitabı elə səhifəsindən sifariş et. Kartla və ya Bakıda nağd ödə, çatdırılma bütün Azərbaycana.
Oxucular üçün
Oxuduqlarını qeyd edən və fikrini bölüşmək istəyənlər üçün.
Sitat paylaşmağı və yeni kitab kəşf etməyi sevənlər üçün.
Növbəti kitabını etibarlı tövsiyə ilə seçmək istəyən hər kəs üçün.
Mərhələlər
Libramigo addım-addım böyüyür: əvvəlcə mağaza, sonra oxucu platforması, ardınca mobil tətbiq.
Gözləmə siyahısı açıqdır. İlk oxucuları toplayırıq.
Siyahıya yazıl, platforma açılanda ilk sən xəbər tut.
Siyahıya yazıldın. Platforma açılanda sənə yazacağıq.